Abstract
“Buddizm” dünyada ən geniş yayılmış dinlərdən biri olaraq, eramızdan öncə VI əsrdə yaşamış Buddanın ərsəyə gətirdiyi dinin adıdır. Dünyada Buddanın inanclarını qəbul edənlərə buddist deyilir. Qeyd etmək lazımdır ki, Buddizmdə Budda tanrı yerinə qoyulur. Əslində isə Budda özünün insan olduğunu söyləmiş və ilahlıq iddiasında olmamışdır. Lakin ölümündən sonra ona tabe olanlar onu tanrılaşdırmış, adına məbədlər qurub ona sitayiş etmişlər. Buddizm meydana gəldiyi hindistanda, öz təsirini çoxdan itirmiş, induizm ilə əvəz olunmuşdur və hazırda hindistanda buddistlər əhalinin bir faizindən az hissəsini təşkil edir. Buddizm Nepalda, Birmada, Tailandda, Seylonda, Kambocada, Laosda, Vyetnamda, Çində, Yaponiyada yayılmışdır, həmçinin Buryat, Kalmık və Tuva xalqları içərisində geniş yayılmışdır.