Nəsirəddin Tusinin "Əsasül-iqtibas" əsəri əsasında məntiqə dair terminlər lüğəti

Baku: Elm nəşriyyatı (2022)
  Copy   BIBTEX

Abstract

Azərbaycan elm tarixini tədqiq edərkən dövrün tələbindən çıxış edilərək ərəb və fars dillərində yazılmış çoxlu əsərlərə rast gəlirik. Bu əsərlərdən biri də dahi alim Nəsirəddin Tusinin fars dilində məntiqə dair yazdığı Əsasül-iqtibas əsəridir. Əsər ilk dəfə 2022-ci ildə nəşr edilərək oxucu və tədqiqatçıların ixtiyarına verilmişdir. Əsasül-iqtibas əsəri XIII əsrin ortalarında yazılmışdır. Əsərin yazılmasından təqribən səkkiz əsrə yaxın vaxt keçmişdir. Bu müddət ərzində həmin əsərdə istifadə edilən bir sıra termin və sözlər artıq müasir fars dilində istifadə edilmir. Əsərin məntiqə aid olması və həm də bir sıra sözlərin günümüzdə istifadə edilməməsi onun tərcüməsini çətinləşdirən amillər kimi qeyd etmək olar. Bundan əlavə burada istifadə edilən bəzi terminlərin gündəlik danışığımzda fərqli mənada istifadə edildiyindən həmin sözlərin və terminlərin izah edilməsi zərurəti yaranmışdır. Habelə orta əsr müəlliflərinin əsərlərinin tədqiqi zamanı eyni bir sözün müxtəlif müəlliflər tərəfindən fərqli mənalarda işlədildiyinin də şahidi oluruq ki, bu da həmin termin və anlayışların Azərbaycan dilinə tərcüməsi zamanı izahının verilməsinə ehtiyac yaradır. Hal-hazırda müraciət etdiyiniz bu kitab Nəsirəddin Tusinin ən mühüm və genişhəcmli əsərlərindən biri olan “Əsasül-iqtibas”-ın tərcüməsi zamanı əsərin orijinalında işlədilmiş ərəb-fars sözlərinin izahlı tərcüməsi yönündə tərtib edilmişdir. Bu lüğətlərin tərcüməsi və izahı ilə tanış olmaqla Nəsirəddin Tusinin ərəb-fars dillərində yazılmış digər əsərlərinin tərcüməsi zamanı da yararlanmaq olar. Müəyyən bir ixtisas və peşəni və ya həmin peşə və ixtisasa aid olan terminləri başa düşmək üçün həmin istiqamət üzrə tərtib edilən terminolji lüğətlərə ehtiyac duyulur. Bu istiqamətdə zaman-zaman müxtəlif ixtisaslar üzrə terminoloji lüğətlərin nəşr edildiyini müşahidə edirik. Azərbaycan dilində məntiqi terminlərin izahından ibarət xüsusi termonoloji lüğətlərin də tərtib edilməsi zərurəti vardır. Çünki məntiq terminlərinin izahınına adətən rus dilində yazılmış ədəbiyyatda, bir neçə terminin izahı verilmiş məntiq kitablarında və ya fəlsəfi terminlərdən ibarət ensiklopediya və lüğətlərdə rast gəlmək mümkündür. Bir tərəfdən, yaranmış boşluğu doldurmaq, digər tərəfdən isə məntiq ixtisası üzrə təhsil alan tələbə və mütəxəssislərə kömək etmək üçün bu lüğəti tərtib etmək qərarına gəldik. 222 sözün izah və tərcüməsindən ibarət olan bu kitabı həmin istiqamətdə olan boşluğu doldurmaq üçün kiçik və eyni zamanda mühüm bir addım hesab etmək olar. Burada sözlərin tərcüməsi ilə yanaşı bir sıra terminlərin izahı da verilmişdir. Əsasən Əsasül-iqtibas adlı məntiqi əsəri tərcümə edərkən qarşıya çıxan çətin və mürəkkəb sözlərin izahının verilməsinə üstünlük verilmişdir. Tərcümə zamanı müxtəlif illərdə nəşr edilən Əsasül-iqtibas əsərlərinə də müraciət edilmişdir. Bu əsərlərin bəzisində Əsasül-iqtibas əsərində istifadə edilən bəzi terminlərin izahı da verilmişdir. Bu izahlar bəzən tərcümə zamanı ifadənin daha səlis və daha dəqiq başa düşülməsinə imkan vermişdir. Bu lüğət kitabı tərtib edilərkən həmin əsərlərdə mövcud olan terminlər və onların izahından da istifadə edilmişdir. Bəzən məntiqi terminlərlə yanaşı kəlam, fəlsəfə və s. elmlərdə istifadə edilən terminləri də qeyd etmişik. Çünki bu terminlər bizə məntiqdə işlədilən bəzi ifadələrin daha asan başa düşülməsinə imkan verəcəkdir. “Əsasül-iqtibasa dair terminlər” lüğəti adlı bu kitabı bu sahədə atılmış ilk addımlardan biri olduğu üçün gələcəkdə daha sanballı və həcmcə daha geniş terminoloji lüğətlərin hazırlanması nəzərdə tutulur.

Author's Profile

Aladdin (Ələddin) Malikov (Məlikov)
Azerbaijan National Academy of Sciences (ANAS)

Analytics

Added to PP
2023-01-13

Downloads
236 (#62,120)

6 months
135 (#23,553)

Historical graph of downloads since first upload
This graph includes both downloads from PhilArchive and clicks on external links on PhilPapers.
How can I increase my downloads?